“Mançester Yunayted”in “Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhenin transferi üçün təklif etməyi planlaşdırdığı razılaşma baş tutmaya bilər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə klubu İtaliya təmsilçisinə ya Rasmus Hoylund, ya da Alejandro Qarnaço ilə birlikdə əlavə ödəniş təklif etməyi planlaşdırırdı. Lakin "Napoli" artıq yeni hücumçu axtarışına başlayıb.
“Qırmızı şeytanlar” əvvəlcə Viktor Gyökeresin transferinə nail ola bilmədi, daha sonra isə gənc forvard Liam Delapı “Çelsi”yə uduzdu. Bu səbəbdən də Osimhenlə bağlı ümidlər zəifləyib.
Məşhur futbol jurnalisti Fabrizio Romanonun məlumatına görə, "Napoli" yeni mövsüm üçün hücum xəttini gücləndirmək məqsədilə "Liverpul"un uruqvaylı forvardı Darvin Nunesi transfer etmək istəyir. Klub 25 yaşlı hücumçunun transferini təxminən 50 milyon avroya reallaşdırmağı planlaşdırır.