71 yaşlı klubun adı dəyişir

13:45 - 24 İyun 2025

71 yaşlı klubun adı dəyişir

Türkiyənin köklü futbol klublarından olan "Adanaspor" maliyyə çətinlikləri səbəbindən ad dəyişikliyi etmək niyyətindədir.


Manset.az türk mediasına istinadən xəbər verir ki, TFF 1-ci Liqanı tərk edərək TFF 2-ci Liqaya düşən 71 yaşlı klubun sahibi və prezidenti Ergin Göleli bu qərarı klubun maliyyə vəziyyətini gücləndirmək məqsədilə verdiklərini bildirib.

Ergin Göleli verdiyi açıqlamada klubun sponsorluq danışıqlarında müsbət irəliləyiş olduğunu vurğulayıb:
"Klubumuzun maliyyə strukturunu gücləndirmək üçün sponsorluq danışıqları aparırıq. Danışıqlar müsbət gedir və çox yaxın zamanda rəsmi açıqlama verməyi planlaşdırırıq. Sponsor klub adının qarşısına əlavə olunacaq", – deyə Göleli qeyd edib.

Bu dəyişiklik "Adanaspor" tarixində ilk dəfə klub adının rəsmi şəkildə dəyişməsi ilə nəticələnə bilər.

Qeyd edək ki, Ergin Göleli 2024-cü ilin dekabr ayında "Adanaspor" klubunu satın alıb. Komanda 2024/2025 mövsümündə TFF 1-ci Liqada qalmağı bacarmayıb və TFF 2-ci Liqaya düşüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az