Çimərlik voleybolu üzrə Azərbaycan yığma komandaları Ermənistan və Gürcüstan millilərini məğlub ediblər.
Manset.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Litvanın paytaxtı Vilnüsdə təşkil olunan 20 yaşadək çimərlik voleybolçuları arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında qızlardan və oğlanlardan ibarət komandalar 1/4 finala vəsiqə qazanıblar.
Bu gün start götürən turnirdə Azərbaycan iki qız və iki oğlan cütü ilə təmsil olunur. Oğlanların mübarizəsində İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütü 2:0 hesabı ilə Ermənistan komandasına qalib gələrək 1/4 finala vəsiqəni təmin ediblər.
İlkin mərhələdə Gürcüstan təmsilçilərinə 2:1 hesabı ilə qalib gələn Xədicə Hadızadə və Cəmilə Bəşirova cütü də növbəti mərhələyə yüksəlib.