2024-2025 mövsümündə “Qalatasaray” formasında möhtəşəm çıxış edən Viktor Osimhenin yeni ünvanının Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu olacağı bildirilir.
Manset.az xəbər verir ki, İtaliyanın məşhur idman nəşri “Corriere dello Sport”un baş redaktoru İvan Zazzaroni canlı yayımda hücumçunun “Əl-Hilal”a keçidinin demək olar ki, rəsmiləşdiyini açıqlayıb.
Zazzaroni bildirib ki, “Osimhenin təklifi o qədər cazibədardır ki, heç bir klub onun qazancının yarısını belə ödəyə bilməz. İllik 40 milyon avro məbləği ilə bu, tamamilə bazarın üstündədir.”
O əlavə edib: “Dünyanın ən yaxşı klubları belə, bu məbləği verməkdə tərəddüd edir, lakin “Əl-Hilal” üçün vəziyyət fərqlidir. Fikrimcə, Osimhenin yeni ünvanı məhz “Əl-Hilal” olacaq. İngiltərə Premyer Liqasından belə yüksək təklif ala bilməzdi.”