3 güləşçimiz Avropa çempionatında finala yüksəldi

01:30 - 01 İyul 2025

3 güləşçimiz Avropa çempionatında finala yüksəldi

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatına start verilib.


Manset.az Qol.az-a istinadən xəbər veir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə finalçılar müəyyənləşib.

Turan Daşdəmirov (55 kq) gürcüstanlı Koba Karumidzeyə (4:4), ermənistanlı Levon Qazaryana (1:1) və ukraynalı Nazariy Babinskiyə (3:1) qalib gələrək finala yüksəlib. Turan finalda rusiyalı İvan Solominlə qarşılaşacaq.

Tural Əhmədov (63 kq) italiyalı Emanuele Pollinoya (8:0), bolqarıstanlı Kristiyan Milenkova (4:0), macarıstanlı Bende Olaşa (3:1) və yunanıstanlı Marios Kapantaisə (11:1) qalib gələrək adını finala yazdırıb. Tural həlledici görüşdə rusiyalı İqor Punçenko ilə güləşəcək.

Davud Məmmədov (77 kq) moldovalı Konstantin Taskaya (11:0), türkiyəli Yusuf Tosuna (3:3) və ermənistanlı Samvel Terteryana (4:1) qalib gələrək finala vəsiqə qazanıb. Davud gürcüstanlı Anri Putkaradzeylə qızıl medal uğrunda mübarizə aparacaq.

Orxan Hacıyev (87 kq) debütdə rumıniyalı Qabriel Stana 1:4 hesabıyla, Məzaim Mərdanov (130 kq) isə 1/4 finalda avstriyalı Leonard Yunqerə ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az