"Qalatasaray" yeni mövsüm üçün qapı xəttini gücləndirmək məqsədilə isveçrəli qapıçı Yann Sommerlə maraqlanır.
Manset.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrizio Romano məlumat verib.
Məlumata görə, İstanbul təmsilçisi 36 yaşlı qolkiperi transfer siyahısının ilk sıralarına əlavə edib. Hələlik Sommer üçün rəsmi təklifin olub-olmadığı açıqlanmayıb.
Bu xəbər İtaliya, İsveçrə və Almaniya mətbuatında geniş yer alıb. Hazırda "İnter"də çıxış edən qapıçının müqaviləsi 2026-cı ilin yayına kimi davam edir. Sommer bu klubda 96 oyuna çıxıb, 47 matçda qapısını toxunulmaz saxlayıb.