Dursun Özbekdən təcili toplantı QƏRARI

15:08 - 06 İyul 2025

Dursun Özbekdən təcili toplantı QƏRARI

"Qalatasaray" prezidenti Dursun Özbek yenidən transfer məsələlərinə birbaşa nəzarəti öz üzərinə götürüb.


Manşet.az xəbər verir ki, bir müddət öncə əməliyyat olunan və cəmi bir gün əvvəl xəstəxanadan çıxan klub rəhbəri, transfer proseslərinə şəxsən rəhbərlik edəcək.

Məlumata görə, Dursun Özbek yaxın saatlarda baş məşqçi Okan Buruk və Sportif A.Ş. vitse-prezidentləri ilə bir araya gələcək. Görüş zamanı transfer strategiyasının detalları və prioritetlər müzakirə olunacaq.

Görüşdə "Napoli"nin ulduzu Viktor Osimhenin transferi, yeni qapıçı məsələsi və türkiyəli ulduz Hakan Çalhanoğlunun vəziyyətinin masaya yatırılacağı bildirilib.

Klubdaxili mənbələr, bu görüşdən sonra transferlərin sürətlənəcəyini istisna etmir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az