“Əl Hilal” sərvət təklif etdi - O, “Qalatasaray”ı seçdi 

09:19 - 07 İyul 2025

“Əl Hilal” sərvət təklif etdi - O, “Qalatasaray”ı seçdi 

Futbol dünyasında transfer bazarının ən çox müzakirə olunan adlarından biri – Viktor Osimhenin taleyi aydınlaşmaq üzrədir. Səudiyyə Ərəbistanının nəhəngi “Əl Hilal”ın bütün cəhdlərinə baxmayaraq, nigeriyalı ulduzu heyətinə qatmaq mümkün olmur.


Manset.az xəbər verir ki, Osimheni transfer etmək üçün “Əl Hilal” hətta yüksək məbləğdə maaş təklif edib. Lakin ulduz hücumçu bu təklifə baxmayaraq razılıq verməyib. Klub rəhbərliyi futbolçu ilə sonuncu dəfə bir araya gələcək. Əgər bu görüşdən də müsbət nəticə alınmasa, Səudiyyə təmsilçisi alternativ adlara yönələcək.

Maraqlıdır ki, Osimhenin xidmətində təkcə “Əl Hilal” maraqlı deyil. Türkiyənin nəhəngi “Qalatasaray” da nigeriyalı forvardı heyətinə qatmaq üçün yarışa qoşulub.

İtaliya mətbuatında yayılan xəbərlərə görə, hazırda “Yuventus”, “Əl Hilal” və “Qalatasaray” arasında gedən mübarizədə sarı-qırmızılılar önə çıxıb. Mənbə bildirir ki, Osimhen özü də “Qalatasaray”a keçməyə daha yaxın görünür.

Digər tərəfdən, futbolçu hələ də Premyer Liqadan arzuladığı təklifi gözləyir. Lakin İngiltərə klublarından indiyə qədər real addım atılmayıb.

Transfer pəncərəsinin ən səs-küylü keçidlərindən biri ola biləcək bu prosesin necə nəticələnəcəyi böyük maraqla gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az