Super Liqa nəhəngi "Qalatasaray"ın transfer siyahısında uzun müddətdir yer alan Viktor Osimhenlə bağlı "Napoli" cəbhəsində gərgin anlar yaşanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, nəhayət, məşhur nigeriyalı hücumçu "Napoli"nin yeni mövsüm üçün təlim-məşq toplanışında yer almayıb və rəsmi olaraq heyətdən kənarda qalıb.
Bununla da "Qalatasaray" transfer istəklərinə daha da yaxınlaşmış olub.
Məlumatlara görə, Osimhenin heyətdən kənarda qalması, gələcəkdə transferi üçün yaxşı bir göstərici sayıla bilər.
Digər tərəfdən, "Napoli" klubu, Viktor Osimhenin tərk etdiyi 9 nömrəli formasını Romelu Lukakuya hədiyyə edib. Bu dəyişiklik, həmçinin "Napoli"nin gələcək planlarına işarə edə bilər.