İndi də Ərəbistan klubuna getdi

17:57 - 27 İyul 2025

İndi də Ərəbistan klubuna getdi

Portuqaliyalı futbolçu Joao Feliks karyerasını həmyerlisi Kriştianu Ronaldonun da çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirəcək.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Asiya kollektivi “Çelsi” ilə 25 yaşlı hücumçunun transferi ilə bağlı razılığa gəlib.

İlkin transfer haqqı 30 milyon olsa da, bu keçidin bonuslarla 50 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, “Çelsi”nin futbolçusu ötən mövsümün yarısını icarə əsasında “Milan”da (İtaliya) keçirib və 21 matçda 3 qol vurub.

Əlavə edək ki, Feliks “Atletiko”, “Barselona” kimi klublarda da forma geyinib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az