Tottinin oğlu karyerasını bitirdi - 19 yaşında

19:51 - 27 İyul 2025

Tottinin oğlu karyerasını bitirdi - 19 yaşında

İtaliya milisinin və “Roma”nın sabiq hücumçusu Françesko Tottinin oğlu Kristian futbolçu karyerasını 19 yaşında bitirib.


Manset.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, o, bundan sonra atasının futbola aid açdığı şirkətdə çalışacaq.

Qeyd edək ki, bir müddət “Roma”nın 18 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən Kristian İspaniyada “Rayo Valyekano”nun ikinci, ölkəsində isə “Avezzano” və “Olbia” klublarının formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az