Bu komandaya 72 milyon avroluq ulduz təklifi

10:44 - 28 İyul 2025

Bu komandaya 72 milyon avroluq ulduz təklifi

"Trabzonspor", "Atletiko Madrid"-dən 72 milyon avroluq futbolçu Tomas Lemarın transferini müzakirə edir.


Manset.az türk mediasına istinadən xəbər verir ki, İspaniya klubu Lemarı pulsuz buraxmağa hazırdır, lakin "Trabzonspor" maaşını yüksək hesab edir və endirim tələb edəcək.

2018-ci ildə "Monako"-dan 72 milyon avroya "Atletiko Madrid"-ə keçən Lemar, 186 oyunda 11 qol və 18 məhsuldar ötürmə edib. Lakin ötən mövsümdə yalnız 8 matçda çıxış edib. Menecer Fatih Tekke son qərarı verəcək.

Tərəflər razılığa gələrsə və futbolçu tibbi müayinədən keçərsə, müqavilə rəsmiləşəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az