"Mançester Siti"dən "Hall Siti"yə transfer

11:41 - 30 İyul 2025

\"Mançester Siti\"dən \"Hall Siti\"yə transfer

İngiltərənin "Hall Siti" klubu, "Mançester Siti"dən 19 yaşlı sol cinah yarımmüdafiəçisi Joel Ndalanı mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb.


Manset.az türk mediasına istinadən xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu komanda, heyətini gücləndirmək məqsədilə bu transferi həyata keçirib. Yaxın vaxtlarda "Şeffild Uensdey"dən Akin Famewo ilə müqavilə imzalayan Hull, Ndala transferini də tamamlayıb.

2006-cı il təvəllüdlü Ndala, ötən mövsümdə "Nottingham Forest U21" və "PSV Eindhoven U21" komandalarında 23 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az