"Tottenhem" Joao Palhinyanı icarəyə götürdü

09:37 - 04 Avqust 2025

\"Tottenhem\" Joao Palhinyanı icarəyə götürdü

İngiltərə Premyer Liqasının təmsilçisi "Tottenhem" Portuqaliya millisinin yarımmüdafiəçisi Joao Palhinyanı Almaniyanın "Bavariya" klubundan satınalma hüququ ilə icarəyə götürüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, London təmsilçisinin rəsmi açıqlamasında bildirilir ki, 30 yaşlı futbolçu ilə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Joao Palhinha "Bavariya" ilə 2028-ci ilin 30 iyun tarixinə kimi müqaviləyə malikdir. O, ötən mövsüm Münhen klubunun heyətində bütün turnirlər daxil olmaqla 25 oyunda meydana çıxıb və Almaniya Bundesliqasının çempionu olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az