Beşiktaş, daha əvvəlki transfer pəncərələrində adı tez-tez hallanan Wilfred Ndidi ilə bağlı transfer xəbərləri yayılıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, “Ağ-qaralar”ın rəhbərliyi, İngiltərənin “Lester Siti” klubunda oynayan 28 yaşlı nigeriyalı yarımmüdafiəçi Wilfred Ndidi ilə razılaşmaq üzrədir.
Məlumata görə, Beşiktaş rəhbərliyi Ndidi ilə danışıqları irəlilədib və transferin yaxın zamanlarda həyata keçə biləcəyi gözlənilir.