"Beşiktaş" klubunun gənclər akademiyasından olan 4 gənc futbolçu ilə 2027-2028 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, klubdan verilən açıqlamaya görə, Beşiktaş Futbol Akademiyasında inkişafını tamamlayan gənc futbolçular Cumali Gürsel, Kartal Cengizer, Ozan Sevim və Tuna Baran Dəmirlə 2027-2028 mövsümünün sonuna qədər peşəkar müqavilələr imzalanıb.
“Ağ-qaralar” klubunun Futbol İnfrastrukturundan məsul İdarə Heyətinin üzvü Toygun Batallı və Futbol Akademiyasının Gənclərin İnkişafı Texniki Direktoru Serdar Topraktepe BJK Nevzat Dəmir Təsislərində gənc futbolçularla görüşüb, onlara yeni mövsümdə uğurlar arzulayıblar.