Dünyaca məşhur portuqaliyalı futbolçu Kriştianu Ronaldu, verdiyi son müsahibəsində nişanlısı Corcina Rodriqesə necə evlilik təklifi etdiyini danışıb. Ulduz futbolçu, romantik biri olmadığını etiraf edib və nə vaxt evlənməyi planlaşdırdığını da açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının “Al Nassr” klubunda çıxış edən Ronaldu, məşhur britaniyalı jurnalist Pirs Morqanın proqramında qonaq olub.
Müsahibə zamanı o, təkcə futbol karyerası ilə bağlı deyil, həm də şəxsi həyatı barədə səmimi açıqlamalar verib.
Ronaldu, Corcina ilə münasibətləri barədə maraqlı detallar paylaşıb və onların sevgisinin illərin sınağından keçdiyini, gələcəkdə rəsmi nikah planlarının olduğunu deyib.