"Liverpul" onun üçün sərvət ödəməyə hazırdır

00:30 - 15 Yanvar 2026

\"Liverpul\" onun üçün sərvət ödəməyə hazırdır

"Real"ın ulduz yarımmüdafiəçisi Cud Bellinqem İngiltərə nəhənginin hədəfinə düşüb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, jurnalist Siro Lopezin məlumatına görə, "Liverpul" "kral klubu"nun aparıcı oyunçusunu heyətinə qatmaqda maraqlıdır. İngiltərə təmnsilçisi bu keçid üçün rekord məbləğ, təxminən 207 milyon avro ödəməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Bellinqem 2023-cü ilin yayında Dortmund "Borussiya"sından 127 milyon avro qarşılığında "Real"a transfer olunub. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.

Xatırladaq ki, cari mövsümdə bütün turnirlərdə 23 matça çıxan futbolçu 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az