"Zirə" üçüncü yoxlama görüşündə məğlub oldu

20:27 - 16 Yanvar 2026

\"Zirə\" üçüncü yoxlama görüşündə məğlub oldu

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" komandası üçüncü yoxlama oyununda uduzub.


Manset.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Çexiyanın "Bohemians 1905" klubu ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

Azərbaycan kollektivinin qolunu 41-ci dəqiqədə Ruan Renato vurub.

Qeyd edək ki, "Zirə" ilk yoxlama oyununda Rumıniyanın "Çiksereda" komandası ilə bərabərə qalıb - 3:3. İkinci görüşündə isə Ukrayna təmsilçisi "Aleksandriya"ya 2:3 hesabı ilə məğlub olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az