PSJ ilə 100-cü qələbə

11:30 - 17 Yanvar 2026

PSJ ilə 100-cü qələbə

PSJ Liqa 1-in 18-ci turunda “Lill”i 3:0 hesabı ilə məğlub edib. Bu qələbə Paris klubunun baş məşqçisi Luis Enrikenin rəhbərliyi altında qazandığı 100-cü qələbə olub. 


Manset.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Oyundan sonra danışan ispan mütəxəssis nəticəni belə dəyərləndirib: “100 qələbə pis deyil. Bu tempdə davam etməliyik. Min qələbə istərdim, amma hələ buna çox var.”

Qeyd edək ki, Luis Enrike 2023-cü ilin yayından PSJ-ni çalışdırır. Onun rəhbərliyi altında Paris təmsilçisi iki dəfə Fransa çempionu olub, Fransa Kuboku və Fransa Superkubokunu qazanıb. Həmçinin PSJ Çempionlar Liqası, Qitələrarası Kubok və UEFA Superkubokunun qalibi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az