“Ayntraxt” Bakıda məşq etməyəcək

11:37 - 19 Yanvar 2026

“Ayntraxt” Bakıda məşq etməyəcək

“Ayntraxt” Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Qarabağ”la matçdan öncə Bakıda açıq məşq və mətbuat konfransı təşkil etməyəcək.


Manset.az xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Frankfurt təmsilçisinin mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Almaniyada keçiriləcək. 

Qeyd edək ki, yanvarın 21-də, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq “Qarabağ” – “Ayntraxt” görüşü saat 21:45-də başlayacaq.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az