Qurban Qurbanov narazı qalmışdı - AFFA hakimlərin səs yazısını yaydı 

11:40 - 23 Mart 2026

Qurban Qurbanov narazı qalmışdı - AFFA hakimlərin səs yazısını yaydı 

AFFA Misli Premyer Liqasının 25-ci turunda baş tutan “Kəpəz”-“Qarabağ” oyununda mübahisəli penalti epizodu ilə bağlı həmin matçın hakimlərinin səs yazısını yayıb.


Manset.az xəbər verir ki, matçda “Qarabağ”ın futbolçusu Kamilo Durana qarşı qayda pozuntusu olduğu ilə bağlı narazılıqlar var idi.

Belə ki, həmin oyundan sonra Qurban Qurbanov da hakimlərin VAR-a baxdığı və penalti təyin etmədiyi epizodla bağlı danışmışdı. O, bu epizodun 11 metrlik cərimə zərbəsi olduğunu bildirmişdi.

AFFA Hakimlər Komitəsi isə həmin epizodda hakimlərin niyə penalti təyin etmədikləri ilə bağlı danışıqlarını yayıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az