"Sərhədçi" "Sumqayıt"ı məğlub etdi

22:58 - 28 Mart 2026

\"Sərhədçi\" \"Sumqayıt\"ı məğlub etdi

"Sərhədçi" komandası Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turunda "Sumqayıt"ı məğlub edib.


Manset.az xəbər verir ki, B qrupunda yer alan komandaların dueli "Sərhədçi" İdman Mərkəzində baş tutub.

Görüş meydan sahiblərinin 93:89 hesablı qələbəsi ilə yekunlaşıb.

B qrupunun digər iki matçında "Ordu" komandası "Lənkəran"a qalib gəlib - 107:65. "Quba" komandası isə Quba Olimpiya Kompleksində "Naxçıvan"a 96:103 hesabı ilə məğlub olub.

Xal durumu: "Ordu" - 38, "Naxçıvan" - 36, "Sərhədçi" - 28, "Sumqayıt", 'Quba" - 27, "Lənkəran" - 24.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az