“Qarabağ” Nigeriyadan daha bir legioner gətirdi 

11:55 - 29 Mart 2026

“Qarabağ” Nigeriyadan daha bir legioner gətirdi 

“Qarabağ”ın baxışa çağırdığı oyunçuların sayı 3-ə çatıb.


 Manset.az sportinfo.az-a istinadən xəbər verir ki, “köhlən atlar”ın yoxlanışa dəvət etdiyi növbəti futbolçu Akinrefon Mikail Adetorodur.

Nigeriyadan olan legioner hazırda əvəzedici heyətin sıralarındadır. O, bir neçə ay öncə sözügedən ölkəyə yollanmış Aftandil Hacıyev tərəfindən bəyənilib. Klubun futbol akademiyasının koordinatorunun Nigeriyanın Laqos şəhərində izlədiyi turnirdə diqqətini çəkmiş bu gəncin cəmi 18 yaşı var. O, yarımmüdafiə xəttində çıxış edir. Onun həmyerlisi, sol cinah vingeri Onyema Françis Çukvumaobim isə bir neçə gün öncə Azərbaycana təşrif buyurub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az