“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

18:31 - 29 Mart 2026

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

Azərbaycanlı yüngül çəkidə döyüşçü Tofiq Musayev ABŞ-nin Sietl şəhərində keçirilən UFC turnirində çilili İqnasio Bahamondesə qarşı qələbəsini şərh edib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Musayev Bakıdakı turnirdə də döyüşmək niyyətində olduğunu bildirib:

“Təşəkkür edirəm, Bahamondes, sən yaxşı döyüşçüsən. Onun və mənim komandama təşəkkür edirəm. Hər gün işləyirik, hər gün məşq edirik. Həmçinin ailəmə və ölkəmə minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ ol, sizi sevirəm. Döyüş zamanı qolumu sındırdığımı desəm və davam etsəm, necə olar? Güclü döyüşçü ağrıdan həzz alır və mən də onlardan biriyəm. Rəqiblərimin adlarından və ya gücündən heç vaxt qorxmamışam. Həmişə ən güclülərlə döyüşmüşəm. Bu, yalnız başlanğıcdır. Həkimlər icazə verərsə, Bakıdakı turnirdə döyüşmək istəyirəm”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az