Arda Gülər daha bir mükafat aldı

23:19 - 01 May 2026

Arda Gülər daha bir mükafat aldı

İspaniyanın La Liqa təmsilçisi "Real Madrid"də çıxış edən futbolçu Arda Güler klubda aprel ayının ən yaxşı oyunçusu seçilib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, zədə səbəbindən mövsümü erkən başa vuran 21 yaşlı futbolçunun müalicə prosesi hazırda davam edir.

Gözləntilərə görə, Arda Gülərin FIFA 2026 Dünya Kuboku üçün milli komandanın heyətində yer alacağı ehtimal olunur.

Cari mövsümdə göstərdiyi oyun və vurduğu baxımlı qollarla diqqət çəkən futbolçu İspaniyada daha bir mükafata layiq görülüb və “Real Madrid”də aprel ayının ən yaxşısı seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az