"Kəpəz" "Sumqayıt"ı məğlub etdi

18:27 - 02 May 2026

\"Kəpəz\" \"Sumqayıt\"ı məğlub etdi

Misli Premyer Liqasında XXX tura start verilib.


Manset.az xəbər verir ki, günün ilk oyununda "Sumqayıt" səfərdə "Kəpəz"lə üz-üzə gəlib.

Yevlax şəhər stadionundakı qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib - 2:1.

"Sarı-göylər"in heyətində Rauf Hüseynli 86 və 89-cu dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. Komandanın qapıçısı Yusif İmanov 64-cü dəqiqədə avtoqol müəllifi olub.

Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Kəpəz" 10-cu pillədə qərarlaşıb. "Sumqayıt" 38 xalla 7-ci sıradadır.

Günün ikinci matçında "Araz-Naxçıvan" və "İmişli" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az