"Sumqayıt" hakimliklə bağlı etiraz edəcək

21:28 - 02 May 2026

\"Sumqayıt\" hakimliklə bağlı etiraz edəcək

"Sumqayıt" Misli Premyer Liqasının 30-cu turunda səfərdə "Kəpəz"ə I:2 hesabı ilə uduzub.


Manset.az Sportal.az-a istinadən xəbər verir ki, "kimyaçılar"ın mətbuat katibi Zaur Xudiyev matçdan sonra hakimliklə bağlı danışıb. Klub rəsmisi bununla bağlı etiraz bildirəcəklərini deyib:

"Bu vaxta qədər klub olaraq hakimliklə bağlı genişmiqyaslı etirazımız olmayıb. Əvvəl də bizə qarşı haqsız qərarlar olub. Amma biz buna həmişə "hakim də insandır" aspektindən yanaşmışıq. Amma bu hallar üst-üstə təkrarlananda təbii vəziyyətdən çıxır. Etiraz etmədikcə, səsimizi çıxarmadıqca "Sumqayıt"ı əzmək fikri yaranır. Klub olaraq açıq və əsaslı şəkildə etirazımızı bildirəcəyik".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az