"Qalatasaray"da qabonlu futbolçu Mario Lemina ilə olan müqavilə avtomatik olaraq bir il daha uzadılıb.
"Qalatasaray"da Mario Lemina ilə bağlanmış müqavilənin +1 illik uzatma seçimi maddəsi, müqavilənin bitməsinə 2 həftə qalmış qüvvəyə minib.
Məlumata görə, sarı-qırmızı komandanın 32-ci dəfə start heyətində meydana çıxan Mario Lemina rəsmi oyunların 60%-də əsas heyətdə çıxış etmə şərtini yerinə yetirmiş olub.