"Beşiktaş"da ciddi İTKİ

00:30 - 05 May 2026

\"Beşiktaş\"da ciddi İTKİ

"Beşiktaş" ciddi itki ilə üzləşib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Türkiyə Superliqasında və kubok yarışında mühüm oyunlara hazırlaşan İstanbul təmsilçisinin futbolçusu Milot Raşiça mövsümü erkən başa vurub.

29 yaşlı kosovalı vinger "Qaziantep" ilə matçdan öncə isinmə hərəkətləri zamanı zədələnib.Aparılan MRT müayinəsində onun bud sümüyünün aşağı hissəsində sümük ödəmi aşkar olunub və müalicəsinə başlanılıb.

Qeyd edək ki, həkimlərin rəyinə görə, Raşiçanın yaxın həftələrdə meydana qayıtması mümkün deyil. Beləliklə, futbolçu həm çempionatın qalan hissəsini, həm də kubok oyunlarını buraxmalı olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az