logo
logo logo
logo

Voleybolçularımız ikinci oldu 

22:45 - 12 İyul 2026

Voleybolçularımız ikinci oldu 

Azərbaycanın çimərlik voleybolu üzrə milli komandası Baltikyanı ölkələrin açıq çempionatında bürünc medal qazanıb.


Manset.az xəbər verir ki, Latviyanın paytaxtı Riqada keçirilən Baltikyanı ölkələrin açıq çempionatında 20 yaşadək çimərlik voleybolçularının yarışına yekun vurulub.

Azərbaycan yarışda həm qız, həm də oğlan komandaları ilə təmsil olunub.

Oğlanların mübarizəsində İbrahim Məmmədov/Muhəmməd Aslanlı cütü 34 komanda arasında üçüncü yeri tutaraq bürünc medal qazanıb. Təmsilçilərimiz üçüncü yer uğrunda oyunda Latviya yığması ilə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub ediblər.

Qızların yarışında isə 27 komanda arasında mübarizə aparan Səbinə Əlizadə/Leyla Əliyeva cütü turniri 12-ci pillədə başa vurub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az