Xəbər verdiyimiz kimi, "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
Manset.az-ın məlumatına görə, stadionda oyunun başlanmasına dəqiqələr qalmış "Sabah"ın azarkeşləri böyük pankart açıblar. Pankartın üzərində "Sabah" futbol klubunun yarandığı 2017-ci il və "Bayquşlar Avropanın üzərindən uçdu" yazısı qeyd olunub.
Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.