logo
logo logo
logo

Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi

00:30 - 05 Sentyabr 2026

Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi

“Qarabağ”ın sabiq futbolçusu Kamilo Duran Şotlandiya Premyer Liqasında avqust ayının ən yaxşı oyunçusu seçilib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, “Seltik”in hücumçusu “William Hill Premiership Player of the Month” mükafatına layiq görülüb.

24 yaşlı forvard avqustda “Dandi”, “Kilmarnok” və “Falkirk”lə Premyer Liqa oyunlarında meydana çıxıb. Hücumçu “Falkirk”lə görüşdə vurduğu iki qolla komandasının 2:1 hesablı qələbəsində böyük pay sahibi olub. O, daha sonra “Aberdin”lə matçda da fərqlənib.

Duran “Seltik”in heyətində indiyədək bütün turnirlərdə 7 oyuna çıxıb və 6 qol vurub.

Qeyd edək ki, kolumbiyalı oyunçu “Qarabağ”dan Şotlandiya klubuna bu yay keçib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az