logo
logo logo
logo

Prezidentlə görüşündən paylaşım edib bu sözləri yazdı - FOTO 

14:41 - 06 Oktyabr 2026

Prezidentlə görüşündən paylaşım edib bu sözləri yazdı - FOTO 

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifov ötən gün Prezident İlham Əliyevlə görüşü barədə paylaşım edib.


 Manset.az xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb:

“Cənab Prezident, məni qəbul etdiyiniz, dünya çempionluğum münasibətilə təbrik etdiyiniz və dəyərli sözlərinizlə mənə əlavə ruh verdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm.

Doğma Bakıda, öz azarkeşlərimizin qarşısında Azərbaycanın bayrağını yüksəltmək və dünya çempionu olmaq mənim üçün böyük qürurdur. Bu uğur həm də ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və dəstəyin nəticəsidir.

Etimadınızı doğrultmaq, qarşıdakı yarışlarda da Azərbaycanı layiqincə təmsil etmək və yeni uğurlar qazanmaq üçün əlimdən gələni edəcəyəm. Diqqətiniz və dəstəyiniz üçün bir daha təşəkkür edirəm, cənab Prezident!”






Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az