“Qəbələ” “Sumqayıt”ı məğlub etdi

23:43 - 17 Sentyabr 2022

“Qəbələ” “Sumqayıt”ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Manset.az xəbər verir ki, “Qəbələ” “Sumqayıt”ı qəbul edib.

Qəbələ şəhərində keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qırmızı-qaralar”ın yeganə qolunu 8-ci dəqiqədə Ramon Maçado vurub. Meydan sahiblərində Rövlan Muradov 84-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran “Qəbələ” 4-cü pilləyə yüksəlib. 3 xalı olan "gənclik şəhəri" təmsilçisi 8-ci sıradadır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az