Messi "Barselona"ya qayıtmaq üçün şərtini AÇIQLADI

18:41 - 27 Sentyabr 2022

Messi \"Barselona\"ya qayıtmaq üçün şərtini AÇIQLADI

Cari mövsümün sonunda Fransa PSJ-sindən ayrılmağı planlaşdıran Argentina millisinin futbolçusu Lionel Messi İspaniya "Barselona"sına qayıtmaq üçün klub rəhbərliyinin qarşısına şərt qoyub.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Mark Marba paylaşım edib.

O bildirib ki, argentinalı hücumçu Jerar Pikenin komandadan göndərilməsini istəyib. 35 yaşlı forvard İspaniya millisinin üzvü Kataloniya təmsilçisində qalacağı təqdirdə təklifi qəbul etməyəcəyini deyib.

İddiaya görə, iki futbolçu arasında münasibət son vaxtlar olduqca korlanıb. Onların hətta Messinin "Barselona"da olduğu son mövsümdə bir-biri ilə danışmadıqları bildirilib.

Daha əvvəl Pikenin Madrid "Atletiko"suna keçəcəyi ilə bağlı xəbər yayılıb.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az