Ronaldonun yeni komandası bəlli oldu: 500 milyon avroluq müqavilə - İDDİA

17:01 - 05 Dekabr 2022

Ronaldonun yeni komandası bəlli oldu: 500 milyon avroluq müqavilə - İDDİA

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə anlaşıb.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın "Marca" qəzeti yayıb.

Məlumata görə, 37 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb.

Portuqaliyalı yanvarın 1-dən etibarən “Əl-Nəsr”in formasını geyinəcək.

Bildirilir ki, müqavilənin dəyəri 500 milyon avrodur.

Qeyd edək ki, Kriştiano Ronaldo son klubu "Mançester Yunayted"lə qalmaqallı müsahibəsindən sonra yolları ayırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az