“Sumqayıt” sonuncu yoxlama oyununda uduzdu

18:07 - 17 Yanvar 2023

“Sumqayıt” sonuncu yoxlama oyununda uduzdu

“Sumqayıt” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama görüşünü keçirib.

 

Manset.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Rusiya klubu “Krılya Sovetov”la qarşılaşıb.

“Titanic Mardan” hotelinin meydançasında baş tutan oyunda Azərbaycan komandası 0:1 hesabı ilə məğlub olub. “Krılya Sovetov” qalibiyyət qolunu 87-ci dəqiqədə vurub. Bununla Antalya toplanışını tamamlayan Samir Abasovun komandası sabah Vətənə qayıdacaq.

Qeyd edək ki, “Sumqayıt” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Serbiya klubu “Radnik”i 2:1 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az