"Qarabağ"ın iki futbolçusu Almaniyada əməliyyat olunacaq

23:21 - 18 Yanvar 2023

\"Qarabağ\"ın iki futbolçusu Almaniyada əməliyyat olunacaq

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev və müdafiəçisi Abbas Hüseynov yaxın günlərdə əməliyyat olunacaq.

 

Manset.az xəbər verir ki, bu barədə "Report"a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə açıqlama verib.

Onun sözlərinə görə, cərrahi müdaxilə Almaniyada baş tutacaq: "Şahruddin yaxın 1-2 gündə, Abbas isə yanvarın 25-dən sonra Almaniyaya yola düşəcək".

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin qolu sınıb, Abbas Hüseynov isə dizindən zədə alıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az