Bütün dünya məyus oldu! Ronaldo və Messi bir-birlərinə məhəl qoymadılar- FOTO

22:34 - 19 Yanvar 2023

Bütün dünya məyus oldu! Ronaldo və Messi bir-birlərinə məhəl qoymadılar- FOTO

Lionel Messinin formanı geyindiyi PSJ ilə Kriştiano Ronaldonun kapitanı olduğu "Əl Nassr-Al Hilal" Səudiyyə Ərəbistanında xüsusi matçda üz-üzə gələrkən, kameralar iki ulduzun gözündən yayınmayıb. 

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Messi və Ronaldonun salamlaşmasını gözləyən futbolsevərlər böyük məyus olublar. Belə ki, Kristiano Ronaldo və Lionel Messinin əfsanəsi sonuncu dəfə bir araya gəlib. Ər-Riyadda keçirilən xüsusi matçda Lionel Messinin komandası PSJ və Kriştiano Ronaldonun kapitanı olduğu "Əl Nassr-Əl Hilal" üz-üzə gəlib.

Futbolsevərlər Lionel Messi və Kriştianu Ronaldonun matçdan əvvəl salamlaşmaması və eyni kadrda poza verməməsinə üzülüb. Son zamanlar bir-biri ilə bağlı mülayim açıqlamalar verən iki ulduz matçdan əvvəl gözlənildiyi kimi bir-birlərinə qarşı çox da isti davranmayıblar.

Davud


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az