UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər

15:45 - 22 Yanvar 2023

UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər

UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər.

 

Manset.az xəbər verir ki, qurum komandanın maliyyə pozuntuları ilə bağlı işinin digər istiqaməti - maaş saxtakarlığı ilə bağlı məsələlərə görə Avropadakı yarışlardan kənarlaşdıra bilər. Belə pozuntuların baş verməsi faktı sübuta yetirilərsə, UEFA klubun yeni maliyyə göstəricilərini nəzərə alaraq vəziyyəti dəyərləndirəcək.

Qeyd edək ki, 2021-ci ildə “Yuventus” maliyyə feyr-pley qaydalarına əməl etmədiyinə görə 3,5 milyon avro cərimələnib. Yaxın 3 ildə “Yuventus”un digər maliyyə pozuntularına yol verdiyi sübut olunarsa, cərimənin məbləği 23 milyon avroya qədər artacaq. İtkilərin miqdarından asılı olaraq, “Qoca sinyora” bir mövsümdən çox avrokuboklardan uzaqlaşdırılmaqla da cəzalandırıla bilər.

Mümkün qadağa yalnız “Yuventus”un avrokuboklara vəsiqə qazanacağı təqdirdə tətbiq olunacaq. Əgər klub bu mövsüm A Seriyasını ilk 7-likdə bitirə bilməsə, cəza yalnız “Yuve” Avropa yarışlarına qayıdandan sonra qüvvəyə minəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az