Voleybol çempionatının təxirə salınmış oyunu keçirildi

19:09 - 22 Yanvar 2023

Voleybol çempionatının təxirə salınmış oyunu keçirildi

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turdan təxirə salınan “Murov” - UNEC oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan qarşılaşma Vüqar Əliyevin komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:12 hesabı ilə qalib gələn “Murov” sonrakı setləri də aktivinə yazıb - 25:12, 25:9.

Beləliklə, quru hesablı qələbə qazanan "Murov" xallarının sayını 6-ya çatdırıb. II turdan sonra aktivində 6 xalı olan “Azərreyl” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. “Abşeron” və UNEC-in isə xalı yoxdur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az