Fatih Terim “The Guardian” tərəfindən təşkil edilən "Dünyanın 100 Ən Yaxşı Futbolçusu" seçimlərində münsif olaraq yer alacaq.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təcrübəli çalışdırıcı bununla da bu qurum üçün seçilən ilk türk məşqçi olub.
Qeyd edək ki, Terimlə bərabər ilk dəfə braziliyalı keçmiş futbolçular Maykon və norveçli Jan Age Fjortoft ilk dəfə jüri kürsüsündə yer alacaqlar. 2012-ci ildən bəri keçirilən seçimlərdə Lionel Messi 5 dəfə birinci olmağı bacarıb.