Ronaldo üçün 780 min dollarlıq eksklüziv saat hazırlanıb - FOTO

15:22 - 26 Yanvar 2023

Ronaldo üçün 780 min dollarlıq eksklüziv saat hazırlanıb - FOTO

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo üçün eksklüziv saat hazırlanıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, saatı dəbdəbəli saat istehsalçısı "Jacob & Co" şirkəti istehsal edib.

"Caviar Flying Tourbillon" adlanan saat qranat daşlarının ən bahalısı olan parlaq yaşıl savoritlər ilə bəzədilib.

Savoritlərə təbiətdə zümrüdlərdən təxminən 200 dəfə az rast gəlinir. Rənglərinə görə tez-tez zümrüdlərlə qarışdırılsalar da, daha parlaqdırlar.

Ronaldonun saatında 300 ədəd savorit daşı yer alıb.

Eksklüziv saat modelinin qiyməti təxminən 780 min dollardır.

​​​​​​​


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az