Messi Türkiyəyə gedir

13:33 - 18 May 2023

Messi Türkiyəyə gedir

Türkiyə və Argentina milliləri zəlzələdən zərərçəkənlər üçün xeyriyyə kampaniyası çərçivəsində Qaziantep şəhərində yoldaşlıq oyunu keçirməsi gündəmə gəlib. 

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, ilk danışıqlar müsbət nəticə verib və Argentinanın dünya şöhrətli ulduzu Lionel Messinin müsabiqəyə icazə veriləcəyi təqdirdə Türkiyəyə gələcəyi gözlənilir.

Türkiyə Böyük Millət Məclisinin Latın Amerikası və Karib hövzəsi Parlamentinin Türkiyə nümayəndə heyətinin rəhbəri Əli Şahin "Zəlzələ qurbanlarının əziyyətini yüngülləşdirmək üçün keçirilməsi planlaşdırılan Türkiyə-Argentina milli matçı həm də Argentina ilə Türkiyə arasındakı münasibətlərə və xalqların yaxınlaşması prosesinə çox mühüm töhfə verəcək", - deyə açıqlamasında bildirib.

Şahin Türkiyə və Argentina milli komandalarının tarixdə daha əvvəl heç bir matç keçirmədiyini də qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az