Fənərbaxçanın Ekvadorlu ulduzu Enner Valensiyanın həyatı filmə çevrilir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fənərbaxçanın və Ekvador Millisinin ulduzu Enner Valensiyanın həyatından bəhs edən filmin çəkiləcəyi açıqlanıb. Ekvadorlu futbolçu ilə müqavilə bağlayan “8th Gear Entertainment” prodüser şirkəti filmin çəkilişlərinə 2024-cü ildə başlayacaq.
“Enner” filminin çəkilişlərinin Ekvador, Mayami və Qətərdə aparılacağı bildirilir. Valensiya filmlə bağlı deyib:
“Bir filmdə həyat hekayəmi paylaşmaqdan qürur duyuram. Hər şeydən çox, ümid edirəm ki, film bütün dünyada gəncləri ruhlandıracaq. Arzularını gerçəkləşdirmək üçün çox çalışmalısan”.
Manşet.az