Cüdoçularımız Avropa kuboku turnirinin ilk günündə 4 medal qazandı

12:48 - 21 May 2023

Cüdoçularımız Avropa kuboku turnirinin ilk günündə 4 medal qazandı

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə Avropa kuboku turniri davam edir.

 

Manset.az xəbər verir ki, yarışın birinci günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

Yarışın ilk günündə 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Ruslan Paşayev (66 kq) qızıl medal, Kamran Süleymanov bürünc medal əldə ediblər.

Turnirdə 73 kiloqram çəki dərəcəsində final görüşündə iki cüdoçumuz - İbrahim Əliyev və Telman Vəliyev qarşılaşıb. Nəticədə İ.Əliyev qızıl medal qazanıb. Digər cüdoçumuz bürünc medalla kifayətlənib

Avropa kuboku turnirinə bu gün yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az