Macarıstanın paytaxtı Budapeştdə “Sevilya” və “Roma” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının finalını İngiltərə Futbol Federasiyasından olan hakim Entoni Teylor idarə edəcək.
Bu barədə Manset.az Sözcü-yə istinadən xəbər verir.
UEFA-nın açıqlamasına görə, Teylorun köməkçiləri Qari Basvik və Adam Nann olacaq. Stüart Attvel video köməkçi hakim, Maykl Oliver isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
İspaniyanın “Sevilya” və İtaliyanın “Roma” klubları arasında qarşılaşma mayın 31-də “Puşkaş Arena”da keçiriləcək.
Qeyd edək ki, Entoni Taylor 2020-ci ildə eyni stadionda Bayern Münhen və Sevilla arasında oynanılan UEFA Super Kubokunun finalını da idarə edib.
Jalə
Manşet.az