Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə millisinin üzvləri, Qarabağ qaziləri Ömər Bozbaxov və Ramiz Sadıqlı İsveçrənin Notvil şəhərində keçiriləcək Qran-pridə iştirak edəcəklər.
Komitədən Manset.az-a verilən məlumata görə, onlar nüvə itələmə növündə mübarizə aparacaqlar.
Hər iki atlet Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün təşkil edilmiş tibbi təsnifatdan uğurla keçib.
Qran-pri iyulda Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına lisenziya qazandırır.
Qeyd edək ki, daha əvvəl yığmanın üzvü, Qarabağ qazisi Rasim Yaxin dünya çempionatında iştirakını təmin edib.