Avropa kubokuna 7 cüdoçu ilə

21:13 - 25 May 2023

Avropa kubokuna 7 cüdoçu ilə

27-28 mayda Portuqaliyanın Koimbra şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa kuboku keçiriləcək.

 

Manset.az xəbər verir ki, turnirdə 27 ölkədən 492 idmançı iştirak edəcək. Azərbaycan yarışda 3 çəki dərəsində 7 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçisi Emin İskəndərov rəhbərlik edəcək.

-50 kq
Bahadır Feyzullayev
Nihad Məmişov

-55 kq
Həsən Həsənli
Murad Fətullayev

-60 kq
Fərid Qasımzadə
Nicat Süleymanov
Ayxan Mirzəzadə


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az